Ermənistanın Daxili İşlər Nazirliyi də “Vətən naminə Tavuş” etiraz yürüşünün iştirakçılarına xəbərdarlıq ünvanlayıb.
Yenisabah.az xəbər verir ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) oxşar xəbərdarlıq edib.
Müraciətdə deyilir: “Daxili İşlər Nazirliyinin polisi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində qanunla onlara həvalə edilmiş funksiyaları ardıcıl surətdə davam etdirir və bundan sonra da yerinə yetirəcəkdir. Sezar pizza
Bugünkü mitinqin iştirakçılarını və təşkilatçılarını ictimai asayişi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə, həmvətənlərin hüquqlarına hörmət etməyə və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırırıq”.
Telegram kanalımız