Ermənistan tərəfindən atılan raketlərin bir çoxunun Azərbaycan Ordusu tərəfindən havada qarşısı alınır, məhv edilir.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistan uğursuzluğunu ört basdır etməklə Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq istəyir, amma bunu bacarmayacaqlar: "Bu hücumlar Ermənistanın Sistani, Verdi, Vardenis kimi ərazilərindən həyata keçirilir. Bu Ermənistan siyasi rəhbərinin etik qaydalardan kənar olduğunu bəyan edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, amma bəzi hallarda hücumlar yayınır və raketlər mülki vətəndaşlarımıza zərər yetirir. Ermənistan hərbçiləri bu gün döyüş meydanında gülünc və çarəsiz vəziyyətdədir". pizza sifarişi
Telegram kanalımız