Ermənistan internetsiz qaldı: Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan internetsiz qaldı: Nə baş verir?

Dünya

10 İyul 2024 18:34 726


"Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb".

Oxu.Az-ın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə respublikanın "Team Telecom" şirkəti xəbər verib.

Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır. Dördpendirli pizza

"Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar", - deyə şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi - Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!