Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

Siyasət

30 Mart 2021 21:34 853


Ermənistan prezidenti Armen Sarkisyan vəzifəyə başlayarkən ikinci vətəndaşlığını gizlətdiyi üçün qınaq hədəfinə çevrilib.

Yenisabah.az xəbər verir ki, Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan 53 vəkilin bu barədə Baş Prokurorluğa müraciət etdiyini feysbukdan bildirib.

Belə ki, həmin ərizəyə görə, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub və bununla da o, prezident seçilən şəxsin əvvəlki 6 il ərzində yalnız Ermənistan vətəndaşlığı daşımasına dair qanunun müddəasını pozub. Sezar pizza

“Armen Sarkisyan yalnız Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin 1 mart tarixinədək xitam verilməsi halında Ermənistan prezidenti seçilə bilərdi”, - hüquqşünas vurğulayıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!