Ermənistan Qarabağda revanşa hazırlaşır?  - Rusiyalı ekspertdən PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Qarabağda revanşa hazırlaşır?  - Rusiyalı ekspertdən PROQNOZ

Siyasət

09 Dekabr 2020 14:17 940


Rusiya Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi, Qafqaz üzrə ekspert Vadim Muxanov Qarabağda yaranmış situasiyaya toxunub.

Yenisabah.az xəbər verir ki, ekspert Qarabağda yaxın dövrdə sülhün davamlı olacağını düşünür. Onun fikrincə, Azərbaycan azad edilmiş ərazilərdə infrastuktur qurmaq üçün vaxta ehtiyac duyur. Digər tərəfdən, müharibəni uduzmuş Ermənistan hərbi potensialını itirib.

“Razılaşma icra olunur. Atəşkəs rejimi pozulmur. Yaxın perspektivdə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli razılaşması icra olunacaq. Azərbaycan işğaldan azad olunmuş böyük ərazilərlə bağlı məsələləri həll etməlidir. Buraya məcburi köçkün məsələsi və s. daxildir”. Dominos pizza

Muxanov Ermənistanın durumunu da təsvir edib.

“Razılaşma təbii ki, Ermənistanı qane etmir. Amma onun revanş üçün nə hərbi resursları, nə də imkanları var. Qarabağ məğlubiyyətinə görə, Ermənistanda ciddi daxili problemlər yaşanır. İlk növbədə bu problemlərin həll olunması önə çıxıb. Paşinyan və komandası üçün əsas hədəf hakimiyyətdə qalmaqdır”.

Modern.az-ən yazdığına görə, ekspert gələn ildən başlayaraq, münaqişə bölgəsində hərbi gərginliyin artacağını istisna etməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!