Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyana verdiyi vaxtın tamamına dəqiqələr saat qalıb. Yenisabah.az xatırladır ki, müxalifət Paşinyana istefa vermək üçün 8 dekabr 12.00-a qədər vaxt verib.
Erməni mediası yazır ki, müxalifət Baş nazirin istefa verməyəcəyinə əmindir.
“Joxovurd” qəzetinin yazdığına görə, 16 müxalifət partiyası Paşinyana verilən vaxt bitdikdən dərhal sonra kütləvi itaətsizlik aksiyasına başlamağı planlaşdırır. Pepperoni pizza
Nəşr qeyd edir ki, müxalifətin planlarından biri də paytaxt İrəvanda və bölgələrdə hərəkəti iflic etməkdir. Saat 12.00-dan hakimiyyət əleyhdarları İrəvanda və ayrı-ayrı bölgələrdə yolları, küçələri bağlamağa başlayacaqlar.
"Bizdə olan məlumata görə, bütün bunlar müxalifətin əsas planıdır. Amma hökuməti istefaya göndərməyin başqa yolları və mexanizmləri üzərində də iş gedir”, - qəzet yazır.
Siyasi analitiklər hesab edir ki, Nikol Paşinyanın dirəniş göstərməsi Ermənistanda qarşısıalınmaz iğtişaşlara səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hökumət əleyhdarları əsasən millətçilərdir və onlar Qarabağdakı məğlubiyyəti Paşinyana bağışlamaq niyyətində deyilllər.
Digər tərəfdən, Nikol Paşinyan hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirə bilməyib. Üstəlik, Ermənistanı müharibəyə sürükləməklə ölkə üçün əlavə problemlər yaradıb.
Müharibə Ermənistanda yalnız sisyasi böhran deyil,həm də sosial-iqtisadi problemlər yaradıb ki, hökumət bunun öhdəsindən gələ bilmir.
Ekspertlər düşünür ki, proseslər hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Telegram kanalımız