“Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır” - ABŞ Dövlət Departamenti

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır” - ABŞ Dövlət Departamenti

Dünya

07 Avqust 2023 22:56 1348


“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında - Qeyd) əlçatandır”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Buna (Sülhə - Qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə, o bildirib. Marqarita pizza

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!