"Ermənistan-Türkiyə münasibətlərində müsbət irəliləyişlərin olması rəsmi İrəvanın tutacağı mövqedən asılıdır. Əgər Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü sözdə deyil, reallıqda qəbul edəcəksə, onunla Türkiyənin əməkdaşlığı mümkündür. Bu barədə Türkiyə və Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat veriblər. Ermənistan qardaş Türkiyə Respublikasına qarşı irəli sürdüyü əsassız ittihamlardan və ərazi iddialarından birdəfəlik imtina etdiyini boynuna götürməlidir. Zənnimcə, yalnız bu halda ikitərəfli münasibətlərdə yaxınlaşma ola bilər. Bunu etməsə, Ermənistanın özünün dövlət kimi mövcudluğu şübhə altına düşəcək".
Yenisabah.az xəbər verir ki, bu barədə Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.
O qeyd edib ki, kimlərinsə Ermənistan-Türkiyə münasibətlərinə əngəl olmağa çalışması məsələsi də əsas olaraq rəsmi İrəvanın tutacağı mövqedən asılıdır: Toyuqlu pizza
"Türkiyə-Ermənistan münasibətlərinin düzəlməməsi üçün hansı istiqamətdən təsir olmasına baxmayaraq, Ermənistan rəhbərliyi xoş siyasət yeritsə, qarşıda maneə qalmaz. Başqa variantlarda Ermənistan hansısa böyük dövlətin yenə də əsiri olaraq qalacaq. Buna şübhə etmirəm".
Analitik rus-türk münasibətlərinin gələcəyi barədə də proqnozlarını dilə gətirib:
"Məsələyə qlobal geosiyasətin hazırkı mənzərəsi prizmasından yanaşmaq, məncə, daha doğru olardı. Burada birmənalı Rusiya pisdir, Qərb yaxşıdır prinsipi birtərəflidir. Bəli, iki böyük güc olan Türkiyə ilə Rusiyanın Suriya, Liviya və Cənubi Qafqazda üst-üstə düşməyən məsələləri ola bilər. Lakin dünyada hansı iki böyük gücün maraqları tam üst-üstə düşür? ABŞ-la Fransanın, yaxud ABŞ-la Almaniyanın? Deməli, məsələyə maraqların dəyişməsi dinamikasından baxmaq daha doğru olardı. Bu prizmadan baxanda rus-türk münasibətləri Avrasiya üçün müsbət faktor təsiri bağışlayır. Proseslərin konkret gedişini isə zaman göstərəcək".
A.Xudiyev yaxın gələcəkdə Rusiya-Ukrayna arasında baş verə biləcək proseslərdən də danışıb:
"Düşünmək lazımdır ki, hansı səbəblərdən bir sıra dairələr və KİV Ukraynanın öz ərazi bütövlüyünü təmin etmək cəhdini birbaşa Kiyevin Ankaradan PUA alması və daha geniş kontekstdə, ümumiyyətlə Türkiyə-Ukrayna əməkdaşlığının inkişafı ilə bağlayırlar. Aydın görünür ki, burada Türkiyənin siyasi və hərbi proqramlarına qısqanclıq vardır. Guya Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün təbii duyğuya malik deyil? Gülüncdür, deyilmi? Başqa tərəfdən, ABŞ və Avropanın böyük dövlətlərinin illərdir Ukraynanın aktiv müdafiə etdiyini niyə danışmırlar? Niyə Qərbin Ukraynaya böyük hərbi yardımlarından Rusiyaya qarşı savaş təhriki kimi bəhs etmirlər? Çünki Türkiyə-Rusiya münasibətlərini korlamaqla yanaşı, onların qlobal geosiyasətdə mənfi obrazını yaratmaq cəhdi də vardır. Bunun üçün Ukraynanın “dostları” rəsmi Kiyevi belə çətin vəziyyətə salmaqdan çəkinmirlər. Əlbəttə, Moskvada bunları daha yaxşı bilirlər və orada arxayındırlar ki, Donbasda vəziyyət hələ uzun müddət gərgin olaraq qalacaq. Daha doğrusu, Rusiyanın buna imkanı azalmayıb. Məncə, Ukrayna üçün arzuolunmayan ziddiyyətli geosiyasi vəziyyət hələ də qalır. Bəzi məqamlarda bu ziddiyyətlər çətin çözüləcək “geosiyasi düyünlər” yaradır". (Teleqraf.com)
Telegram kanalımız