“Ermənistan yeni müharibəyə başlayarsa, fəlakətə aparacaq...”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan yeni müharibəyə başlayarsa, fəlakətə aparacaq...”

Siyasət

22 Dekabr 2020 08:37 1180


Ermənistan geosiyasi fəlakətdən uzaq olmaq üçün Dağlıq Qarabağdakı qisas cəhdlərini birdəfəlik unutmalıdır.

Bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

"Erməni cəmiyyəti intiqam alma cəhdlərini həmişəlik unutmalı və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaradıcı inkişafına diqqət yetirərək Qaregin Njdehin millətçi ideologiyasından imtina etməlidir - Ermənistanın əlavə əraziləri olmayıb, yoxdur və heç vaxt da olmayacaq", - Korotçenko teleqram-kanalında yazıb. Sezar pizza

Rusiyalı ekspertin fikrincə, Yerevan xarici ərazilərə iddialarından imtina etdikdən sonra Bakı və Ankara ilə yaxşı qonşuluq münasibətləri qura biləcək və bu da qarşılıqlı faydalı regional iqtisadi layihələrə daxil olmaq imkanı yaradacaq.

“Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız yaradılış və sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları onu son geosiyasi fəlakətə aparacaq", - o əlavə edib.

Korotçenko info24-ə müsahibəsində qeyd edib ki, Rusiya faşist cinayətkarlarının təriflənməsi məsələsini Ermənistanla gələcək hərbi əməkdaşlığa dair danışıqlar prosesinin şərtinə çevirməlidir. Onun fikrincə, bu məsələ açıq şəkildə Ermənistan rəhbərliyi qarşısında qaldırılmalıdır, çünki Rusiyanın müttəfiqi sayılan bir ölkədə belə addımlar qəbuledilməzdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!