Ermənistanda ehtiyada olan əsgər və zabitlər təlimlərə çağırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ehtiyada olan əsgər və zabitlər təlimlərə çağırıldı 

Dünya

01 Avqust 2024 11:55 503


2024-cü il sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. 

Təlimlərə sıravi əsgərlər, sıravi zabitlər və birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatdan keçmiş birinci qrup ehtiyatda olan zabitlər cəlb olunacaq.  pizza mizza

Məlumata görə, təlim-məşq toplanışlarının keçirilməsi hərbi vərdişlərin təkmilləşdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların sıradan, gizir və ehtiyatda olan birinci qrupa daxil olan zabitlərin yenidən hazırlanması zərurəti ilə əlaqədardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!