Ermənistanda eks-deputat həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda eks-deputat həbs olundu

Dünya

16 May 2024 10:51 496


Ermənistanda keçmiş deputat Araqats Axoyan həbs edilib.

Yenisabah.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, İstintaq Komitəsi onu aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakının xüsusilə külli miqdarda oğurlanması ilə bağlı bir neçə fakt müəyyən edib.

2010-14-cü illərdə A. Axoyan mənzil və qaraj almaq üçün 6 vətəndaşdan 274 milyon 712 min dram, təmir üçün isə 6800 dollar alıb, lakin pul şirkətin hesabına köçürülüb. Bu müddətdə daha bir neçə analoji epizod üzə çıxıb, on milyonlarla dramlıq fırıldaqlar həyata keçirilib. pizza sifarişi

Mayın 15-də Axoyan saxlanılıb, daha sonra isə həbs edilib. Eks-deputat Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi (2 epizod) və 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!