Ermənistanda əyalət sakinləri Paşinyanın yolunu kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda əyalət sakinləri Paşinyanın yolunu kəsdilər

Siyasət

21 Dekabr 2020 08:59 815


Ermənistanın Sünik əyalətinin bir qrup sakini baş nazir Nikol Paşinyanın əyalətə gəlişinə etiraz əlaməti olaraq aksiya keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “News.am” bildirib.

Qeyd edilir ki, sakinlər baş nazirin əyalətə gəlişinə mane olmağa çalışıblar. Etirazçılar baş nazirin kortecinin yolunu bağlamağa çalışıblar. Sakinlər bu məqsədlə “Sünik qapıları”na doğru gedərək Paşinyanın kortecini dayandırmaq istəyiblər. Lakin polis əməkdaşları onların yolunu kəsiblər. pizza mizza

Sakinlər hesab edirlər ki, regionun təhlükəsizliyi məsələsi süquta uğrayıb. Onlar bu məsələdə Paşinyanı təqsirkar hesab edirlər. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!