Ermənistanda merin vəsaitləri müsadirə olunur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda merin vəsaitləri müsadirə olunur

Dünya

12 Avqust 2024 09:59 366


Ermənistan prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və onunla əlaqəli şəxslərdən 2,5 milyon dollara yaxın pulu müsadirə etmək istəyir.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, artıq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi nəzarət orqanının müvafiq iddiasını qəbul edib.

Belə ki, onun 6 ədəd daşınmaz əmlakı, 2 avtomobili və şirkətdəki payı da müsadirə edilir. Marqarita pizza

Paramazyan 2021-ci ildə müxalifəti dəstəkləyib və ona qarşı iş açılıb. Lakin bir il sonra mer Qacarana səfər edən baş nazirin həyat yoldaşı Anna Akopyanı gül-çiçəklə qarşılayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!