Ermənistanda rusiyapərəst bloger saxlanıldı

Ermənistanda rusiyapərəst bloger saxlanıldı

Dünya Veb saytların hazırlanması

07 Sentyabr 2023 21:05 438


Rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar və hazırda Ermənistan İstintaq Komitəsindədirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İlkin məlumatlara görə, hazırda istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi hələlik açıqlanmayıb.

Mika Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!