Ermənistanda “təslim edilmiş”ə güvən “rədd olunmuşlar”dan qat-qat çoxdur   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda “təslim edilmiş”ə güvən “rədd olunmuşlar”dan qat-qat çoxdur ŞƏRH

Siyasət

02 Mart 2021 13:55 1217


"Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqə gələnlərin sayı onun rəqiblərinin  oxşar  aksiyalarına qoşulanlardan bir neçə dəfə çox idi. Həmin o rəqibləri Paşinyana "təslim edilmiş" deyirlər. Paşinyan da Serj Sərkisyanın timsalında onları "rədd olunmuşlar"  adlandırır".

Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili, politoloq Sahıb Alıyev bildirib.

Onun sözlərinə görə, həm keçirilən mitinqlər, həm də “Gellap İnternasional”ın xəttiylə bu yaxınlarda Ermənisianda aparılan sorğunun nəticəsi göstərir ki,  orada "təslim edilmiş"ə güvən "rədd olunmuşlar"dan qat-qat çoxdur: pizza hut

"Bu dolayısı ilə bilirsiniz nə deməkdir. İlk növbədə o deməkdir ki, haylar indi Qarabağın kimdə olması yox, necə dolanacaqlarının hayındadırlar. Düşünürlər ki, bu baxımdan hərbi xuntanın yırtıcılarındansa Paşinyan onlara daha çox əl verir. İkincisi, kim də bilməsə, Ermənsitandakı toplum birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının işğalında "rədd olunmuşlar"ın elə də böyük rol oynamadıqlarını, onlar öz adlarına çıxsalar da, burada ən böyük "xidmət"i 366-cı alayın, Pskovdan gətirilən desantçıların və Paşa Mersedesin göstərdiyini yaxşı bilirlər. Yəni söhbət sərkərdəlikdən gedirsə, haylar Köçəryan-Sərkisyan cütlüyüyün Paşinyandan elə də fərqlənmədiklərinin yaxşı fərqindədirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!