Ermənistandakı “missiya” atışma olan əraziyə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandakı “missiya” atışma olan əraziyə gəldi

Siyasət

06 Aprel 2024 20:55 711


Avropa Birliyinin Ermənistandakı missiyası dünən sərhəddə baş verən atışma ərazisinə gəliblər.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, onlar atəşin pozulduğu ərazidə vəziyyətin sabit və sakit olduğunu bildiriblər.

Qeyd edək ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!