Ermənistandan qaçanların sayında sürətli artım

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan qaçanların sayında sürətli artım

Dünya

11 Avqust 2022 08:15 1107


Ermənistandan təkcə hava yolu ilə mühacirət 60 faiz artıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, cari ilin birinci yarısında Ermənistanın “Zvartnots” hava limanının sərnişin axını 1 323 811 nəfər təşkil edib. İrəvana 665 940 nəfər gəlib, paytaxtdan isə 657 871 nəfər gedib. Toyuqlu pizza

Bu dövrdə “Şirak” hava limanında sərnişin axını 32 557 nəfər (ölkəyə 15 668 nəfər gəlib, 16 889 nəfər gedib) təşkil edib.

Bu ilin birinci yarısında gələnlərin sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla-red) 681 608 nəfər təşkil edib. Qeyd olunan dövrdə Ermənistandan gedənlərin sayı 674 760 nəfərdir.

Xatırladaq ki, 2021-ci ilin ilk altı ayında Ermənistandan hava yolu ilə 416 040 nəfər gedib.

Bununla da məlum olur ki, 2022-ci ilin birinci yarısında Ermənistandan hava yolu ilə mühacirət 60 faiz artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!