Ermənistanı viran qoyan zəlzələ -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı viran qoyan zəlzələ - FOTOLAR

Sosial

07 Dekabr 2020 11:46 1696


Spitak zəlzələsindən 32 il ötür.

Yenisabah.az xəbər erməni mediasına istinadla xəbər verir ki, Ermənistanda Spitak zəlsələsi qurbanları yad edilir. 

Düz 32 il bundan öncə - 7 dekabr 1988-ci ildə yerli vaxtla 11:41-də Ermənistanda 6,8 – 7,2 bal gücündə zəlzələ baş verib. Sezar pizza

30 saniyə davam edən yeraltı təkanlar Spitak şəhəri və 58 kəndi demək olar ki, yer üzündən silib. Zəlzələ Leninakan (Gümrü), Stepanavan, Kirovakan (Vanadzor) da daxil olmaqla 21 şəhərdə, ümumilikdə isə 300-dən artıq yaşayış məntəqəsində dağıntılara yol açıb.

Bu hadisə Ermənistanın sənaye potensialının 40 faizini sıradan çıxarıb, 25 mindən artıq erməninin həyatına son qoyub.

Dağıntılar altında qalan 140 min Ermənistan vətəndaşı aldığı xəsarətlər nəticəsində əlil olub.

Ölkəyə dəymiş ziyan nəticəsində 514 min erməni öz ev-eşiyindən məhrum olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!