Ermənistanın NATO üzvü olmasını istəyənlərin sayı artıb - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın NATO üzvü olmasını istəyənlərin sayı artıb - Sorğu

Dünya

10 İyul 2024 12:46 485


Fevralda keçirilmiş əvvəlki sorğunun məlumatları ilə müqayisədə, Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı 10% azalıb, NATO-ya üzvlüyün tərəfdarları isə 7% artıb.

Yenisabah.az xəbər verir ki, bunu “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

O izah edib ki, iyulda sorğuda iştirak edənlərin 44,3%-i Ermənistanın neytral ölkə olması və KTMT və ya NATO-nun üzvü olmaması, 16,9%-i KTMT-yə üzvlüyün davam etdirilməsinin zəruri olduğunu, 29%-i Ermənistanın NATO-ya üzvlük üçün səy göstərməli olduğunu hesab edir.  Dominos pizza

Navasadryanın sözlərinə görə, respondentlərin 15,2%-i Ermənistanın mütləq düzgün istiqamətdə, 10,6%-i daha doğru, 23,1%-i yanlış, 28,5%-i isə mütləq yanlış istiqamətdə getdiyini düşünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!