Ermənistanın XİN rəhbəri Azərbaycanı təhdid etdi: “Statusu müəyyənləşdirmək üçün razı olmasalar...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın XİN rəhbəri Azərbaycanı təhdid etdi: “Statusu müəyyənləşdirmək üçün razı olmasalar...”

Siyasət

20 Dekabr 2020 14:20 6566


"Yaxın vaxtlarda Dağlıq Qarabağın statusunun müzakirələri gözlənilir. Əgər Azərbaycan statusu müəyyənləşdirmək üçün danışıqlara razı olmasa, onda Ermənistan Qarabağın tanınması prosesinə başlaya bilər”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində səsləndirib. Nazir daha sonra deyib: “Çoxları indi hərbi gücün tətbiqi ilə “Artsax”ın statusu məsələsinin gündəmdən çıxdığını düşünərək səhv edirlər. Minsk Qrupunun həmsədrləri Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədilər. Azərbaycan bu mövzuda razılaşmasa, Ermənistan “Artsax Respublikası”nın tanınması prosesini nəzərdən keçirəcək”.  /Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!