Ermənistanla sərhəddə divar: Tikinti başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sərhəddə divar: Tikinti başa çatdı

Dünya

22 İyul 2024 21:50 1100


Ermənistanın Tavuş rayonunun Kirants kəndində Ermənistan-Azərbaycan sərhədi boyunca daş divarın tikintisi bir neçə gün əvvəl başa çatıb.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, divarın uzunluğu 150 metr, hündürlüyü isə 3 metrdir.

Bunu Açarkut sakini Karen Qazaryan deyib: Sezar pizza

“Divar keçmiş kommunal yolun sonundan yeni yolun başlanğıcına qədər uzanır. Artıq divarın o biri tərəfində Azərbaycan dayaq məntəqələri yerləşdirilib. Kəndin istənilən yerindən Azərbaycan sərhədçilərinin hərəkəti görünür. 

Paşinyan sonuncu səfəri zamanı sakinlərə məktəb üçün yeni bina tikməyi təklif etsə də, hələlik heç nə məlum deyil. Kənddə iş başlanmayıb. Açarkut-Kirants alternativ yolu boyunca tikilən divar hələ tamamlanmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!