Əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır

Sosial

27 Dekabr 2020 13:11 557


Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir. Hazırda da hərbi xidmətini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Vüsalgilin ailəsi 3 nəfərdən ibarətdir: özü, anası və qardaşı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər.

Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. Dominos pizza

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb və özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailə üçün heyvandarlıq təsərrüfatı qurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!