“Əsgərlərimizin dişlərində problemlər var” - Stomatoloqlarımız Hadruta getdilər

saytların hazırlanması

Evə çatdırılma

“Əsgərlərimizin dişlərində problemlər var” - Stomatoloqlarımız Hadruta getdilər

Sosial

21 Dekabr 2020 11:14 1112


Vətən Müharibəsi dövründə Ağcabədi Mərkəzi Xəstəxanasının nəzdində travmatologiya şöbəsi yaradaraq oraya rəhbərlik edən həkim Əkbər Məmmədov bu dəfə işğaldan azad edilən ərazilərimizə üz tutub. O, bir neçə həmkarı ilə birlikdə stomatoloji fəaliyyətlərini həyata keçirmək üçün Hadruta səfər edib.

Həmsöhbətimiz Yenisabah.az-a açıqlamasında əsgərlərimizin ciddi diş problemləri ilə üzləşdiyini vurğulayıb:

“Biz ötən həftənin cümə günü Hadruta gəldik. Müalicə etdiyimiz komandirlər vardı ki, onlar əsgərlərin diş problemi ilə bağlı müraciət etdilər. Təbii olaraq dərhal hazırlaşıb yola düşdüm. Lakin bu dəfəki könüllü fəaliyyətimizdə cərrahlar, travmatoloqlar yoxdur, təkcə 4 stomatoloq gəlmişik, burada xüsusi kabinet yaratmışıq. Çünki əsgərlərimiz diş problemi olduqca çoxdur. Ona görə də diş müalicəsi üçün nə lazımdırsa, hamısını gətirmişik. Hazırda Hadrutdakı xəstəxanada xəstələrimizi müalicə edirik. Dominos pizza

Həkim deyib ki, Şuşaya təzə çəkilən yol hələ hazır olmadığı üçün oraya gedə bilmirlər: 

“Yəqin ki, çərşənbə axşamı sülhməramlıların nəzarətində Şuşaya səfərimiz baş tutacaq. Orada bir neçə gün qalmağı planlaşdırırıq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!