Estetik əməliyyat şəxsiyyət vəsiqəsi üçün problem yaradırmı?

saytların hazırlanması

Evə çatdırılma

Estetik əməliyyat şəxsiyyət vəsiqəsi üçün problem yaradırmı?

Sosial

14 Noyabr 2024 10:48 488


Estetik əməliyyatlar insanların xarici görünüşünə müdaxilələrdir və bu əməliyyatlar şəxsin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik hesab edilib-edilməməsi bir çoxunda sual doğurur. 

Bəs estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik hesab olunurmu?

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, bu mövzuda danışan hüquqşünas Ramil Süleymanov bildirib: "Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən əsas sənəddir". pizza mizza

O əlavə edib: "Qanunun 4-cü maddəsində qeyd olunur ki, şəxsiyyət vəsiqəsi verilərkən vətəndaşa dair zəruri məlumatlar qeydə alınır. Əgər vətəndaş şəxsiyyət vəsiqəsində hər hansı dəyişikliklər etmək istəsə, "ASAN Xidmət" mərkəzlərinə və ya ərazi üzrə pasport qeydiyyat şöbələrinə müraciət edə bilər. Vətəndaşın zahiri görünüşündə dəyişiklik edilərsə və ya xüsusi dəyişiklik hiss olunsa, bu zaman fotosunun yenidən çəkilməsi tələb olunur.

Estetik əməliyyat etmək vətəndaşın hər hansı şəkildə eyniləşdirilməsi məlumatlarının itirilməsi mənasına gəlmir, çünki göz rəngi, barmaq izi və bunların olması vətəndaşın şəxsiyyətini təsdiq etməyə kifayət edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!