Estoniyanın baş naziri Kaya Kallas kabinetinin istefa verdiyini açıqlayıb.
Yenisabah.az ERR-ə istinadla xəbər verir ki, hökumət başçısı Nazirlər Kabinetinin istefası ilə bağlı rəsmi bəyanat verib.
Kallas yaxın bir neçə saat ərzində yeni kabinetin formalaşdırılması prinsipləri haqqında məruzə ilə çıxış edəcək. Sezar pizza
O, son il yarım ərzində baş nazir vəzifəsində çalışıb. Ötən həftə o, hakim koalisiyadakı böhranla əlaqədar istefasının mümkünlüyündən danışıb. Estoniya prezidenti iyunun 3-də Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin rəhbərlərini və Mərkəz Partiyasını hökumətdə təmsil edən digər beş naziri vəzifəsindən azad edib. Hakim koalisiyada fikir ayrılığına səbəb parlamentdə mərkəzçilərin hökumətin eston dilində ibtidai təhsillə bağlı təsdiq etdiyi qanun layihəsinin əleyhinə səs verməsi olub.
Telegram kanalımız