Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirir

Dünya

01 Avqust 2024 17:43 548


Estoniya avqustun 8-dən Rusiya Federasiyası ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Marqus Tsaxna deyib. 

O qeyd edib ki, sanksiyalara məruz qalan yüklərin ölkələr vasitəsilə daşınmasının qarşısını almaq üçün belə tədbirlərə ehtiyac var.  Marqarita pizza

Baş nazir Kristen Mixal əlavə edib ki, sərhədi piyada keçənlər üçün tam gömrük nəzarəti hər bir şəxsin və onların baqajının yoxlanılması deməkdir. Estoniya hökuməti də hesab edir ki, belə bir tədbir sərhədi keçmək üçün lazım olan vaxtı artıracaq və çox güman ki, orada qalan insanların sayı azalacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!