Estoniya hökuməti İkinci Dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış bütün abidələri ölkə ərazisindən götürmək qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, baş nazir Kaya Kallas mətbuat konfransı zamanı deyib ki, respublikanın hakimiyyət orqanları “konkret qərarlar” qəbul edib. Söhbət hərbi abidələrin altında qalan əsgərlərin qalıqlarının tədricən yenidən dəfn edilməsindən gedir.
Öz növbəsində, respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu bildirib ki, bütün “qırmızı abidələr”in götürülməsi məsələsi ilin sonuna qədər başa çatdırılmalıdır. Sezar pizza
Telegram kanalımız