İraqın nüfuzlu şiə ruhanisi Müqtəda əs-Sədrin tərəfdarları yeni baş nazirinin təyin edilməsinə etiraz edərək parlament binasına nəzarəti davam etdirirlər.
Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, onlar oturaq aksiya keçiriblər.
Etirazçılar parlament binasının içərisində rəqs edib və şüarlar səsləndiriblər. Sezar pizza
Bağdadda etirazlar ötən çərşənbə günü bir neçə yüz etirazçının hazırkı baş nazir Mustafa əl-Kazeminin dərhal dağılışmaq çağırışına baxmayaraq parlament binasına soxulmasıyla başlayıb.
Hazırda İraqda ötən ilin oktyabrında ölkədə seçkilərin keçirildiyi vaxtdan bəri ən böyük etiraz aksiyaları keçirilir. Etirazçılar İranın dəstəklədiyi şiə partiyalarının rəhbərlik etdiyi Koordinasiya strukturu blokundan Məhəmməd əl-Sudaninin baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşıdırlar.
Telegram kanalımız