Evdən meyiti tapılan 4 nəfərin adları: Birinin 17 yaşı var

saytların hazırlanması

Evə çatdırılma

Evdən meyiti tapılan 4 nəfərin adları: Birinin 17 yaşı var

Hadisə

06 Yanvar 2023 17:10 922


Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərin hamısının şəxsiyyəti məlum olub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.

Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu məlum olub. Dördpendirli pizza

Qeyd edək ki, evdə tapılan digər meyitlər 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu, 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğluna məxsusdur.

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!