Əvəz Zeynallıya 10 il həbs - Prokurorun istəyi

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallıya 10 il həbs - Prokurorun istəyi

Kriminal

12 Yanvar 2024 16:29 961


“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib. Toyuqlu pizza

Proses yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!