Evi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Evi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ödənildi

Sosial

07 İyul 2024 20:49 638


Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.

Bunu "Qafqazinfo"ya açıqlamasında zərərçəkmiş Afət Quliyevanın özü deyib.

O bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub. A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib. pizza mizza

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb.

Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, "İbrahim-Q" MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!