Evində avtomat saxlayan paytaxt sakini tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Evində avtomat saxlayan paytaxt sakini tutuldu

Kriminal

04 Aprel 2023 16:20 777


Suraxanıda yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah aşkar olunaraq götürülüb.

Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. pizza mizza

Faktla bağlı 33-cü polis bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!