Əzizov şəhid ailələrində: Bir gündə 25 evdə oldu

saytların hazırlanması

Evə çatdırılma

Əzizov şəhid ailələrində: Bir gündə 25 evdə oldu

Sosial

16 İyul 2024 13:18 536


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov daha bir neçə kənd və qəsəbədə şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə evlərində baş çəkib. 

Yenisabah.az xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və şöbə müdirləri ilə birgə daha bir neçə kənd və qəsəbədə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların ailələri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. 

Rayonun İmamverdilər,Dünyamalılar, Bünyadlı, Qaralılar, Əlinəzərli,Orta Əlinəzərli kəndlərində,Sarısu,Şərq,Şəfəq və Mayak qəsəbələrində ümumilikdə 25 şəhid ailəsinə baş çəkən rayon rəhbəri Azərbaycan xalqının qüruru və fəxri olan, bizə zəfər sevincini bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını və yaddaşlarda əbədi yaşayacağını bildirib.  Toyuqlu pizza

Ziyarət olunan hər bir ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunub. 

Şəhid ailələri onlara göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!