Əzizov vətəndaşların yanına getdi, problemləri şəxsən dinlədi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Əzizov vətəndaşların yanına getdi, problemləri şəxsən dinlədi - FOTOLAR

Sosial

19 İyul 2024 11:30 1023


İyulun 18-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Gödəklər kəndində səyyar qəbulu keçirilib.

Yenisabah.az xəbər verir ki, səyyar qəbulda hüquq-mühafizə orqanların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. pizza

Görüşdə Əziz Əzizov bildirib ki, keçirilən səyyar qəbullar Azərbaycan Prezidentinin göstərişi əsasında vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənməklə onların həllini sürətləndirmək məqsədi daşıyır.

Rayon rəhbəri respublikada aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verərək Beyləqan rayonu ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Sakinlərin qaldırdıqları müxtəlif məzmunlu müraciətlər yerindəcə araşdırılıb və onların həlli istiqamətində RİH başçısı Əziz Əzizov tərəfindən aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!