Rusiyanın Volqoqrad şəhərində faciə baş verib.
Yenisabah.az mk-ru-ya istinadla xəbər verir ki, bu şəhərdə yaşayan azərbaycanlı qadın azyaşlı uşaqları ilə birlikdə özünü balkondan atıb.
İyulun 29-da qeydə alınmış hadisədə ölənlərin adları hələlik bildirilmir. pizza sifarişi
Qadın 2 azyaşlı qızları birlikdə yaşayış binasının 16-cı mərtəbəsindən özünü aşağı atıb. Uşaqlar aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. Qadın da ölüb.
Mərhumlar yerli qəbiristanlıqda dəfn olunublar. Amma əvvəlcə onları müsəlman adət-ənənələrinə uyğun olaraq vətənində, Azərbaycanda dəfn etmək düşünülüb, lakin sonradan mərhumların yaxınları fikrini dəyişib.
Telegram kanalımız