Fatimə qəza keçirən köməkçisindən danışdı: “Vəziyyəti yaxşı deyil“

saytların hazırlanması

Evə çatdırılma

Fatimə qəza keçirən köməkçisindən danışdı: “Vəziyyəti yaxşı deyil“

Şou

16 Mart 2023 12:21 841


Rəqqasə Fatimə Fətliyevanın köməkçisi Aytac Bayramzadəni yolu keçərkən avtomobil vurub. 

Yenisabah.az xəbər verir ki, hazırda Musa Nağıyev adına xəstəxanada müalicə alan Aytacın səhhəti yaxşı deyil. 

Bu barədə Fatimə Fətəliyeva BAKU.WS-ə açıqlamasında bildirib. Dördpendirli pizza

“Köməkçimin vəziyyəti yaxşı deyil. Onu tezliklə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) göndərəcəyik. Avtomobil vurduqdan dərhal sonra onu bura gətiriblər. Biraz burada qalmalıdır. Onun tərpətmək olmaz. Çünki kəllə-beyin travması alıb. İndi ümidimiz həkimlərin rəyinədir. İnşallah ki, ödəm falan olmaz. Gözləyirik ki, nəticələri yaxşı çıxsın. Hazırda hissiyatı var, özündədir, amma danışmır. Yaxşı ki, qan daxildə qalmayıb. O daxildə qalsa idi daha da pis ola bilərdi”.

Məlumat üçün bildirdirək ki, bəbəxt hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, Aytac Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyəndə onu minik avtomobili vurub. Gənc xanım subaydır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!