Fələstində İsrail casusları edam edildi

saytların hazırlanması

Evə çatdırılma

Fələstində İsrail casusları edam edildi

Dünya

04 Sentyabr 2022 13:22 951


Fələstin hökuməti 5 fələstinlini edam edib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müqəssirlərdən ikisi 2009-cu və 2015-ci illərdə İsrailin xeyrinə casusluqda ittiham olunub. Marqarita pizza

Sübh vaxtı asılma və ya güllələnmə ilə edamlar Fələstin ərazilərində 2017-ci ildən bəri ilkdir. Qəzzada ölüm hökmü ilə bağlı əvvəlki hallar insan haqları qruplarının tənqidinə səbəb olub.

Nazirliyin açıqlamasında cəza çəkənlərin tam adları göstərilməyib. Onlardan üçünün adam öldürməkdə təqsirli bilindiyi bildirilir.

Bəyanatda deyilir ki, 44 və 54 yaşlı iki məhkum edilmiş casus İsrailə fələstinlilərin öldürülməsinə səbəb olan məlumatları ötürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!