Fələstinli qaçqınları qəbul etməyəcəyik - Misir

saytların hazırlanması

Evə çatdırılma

Fələstinli qaçqınları qəbul etməyəcəyik - Misir

Dünya

31 Oktyabr 2023 16:05 682


Misir baş naziri Mustafa Mədbuli ölkəsinin İsrailin təzyiqlərinə boyun əyməyəcəyini və Qəzza zolağından fələstinli qaçqınları qəbul etməyəcəyini təsdiqləyib.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, o, Sina yarımadasının Əl-Ariş şəhərində çıxış edərək bildirib:

“Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir bizə nəyinsə yüklənməsinə və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”. pizza hut

Mədbuli qeyd edib ki, Qahirə yaxın illərdə Sina yarımadasının inkişafı və yenidən qurulması planlarını genişləndirməyi planlaşdırır: “Heç kim Misirin Sinanı tərk edəcəyini düşünməsin”.

Xatırladaq ki, İordaniya da Qəzza zolağından olan qaçqınları qəbul etməkdən imtina edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!