Fərari eks-baş nazir Britaniyadan sığınacaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Fərari eks-baş nazir Britaniyadan sığınacaq istəyir

Dünya

05 Avqust 2024 17:20 589


Hökümətinə qarşı keçirilən genişmiqyaslı etirazlara görə ölkədən qaçan Banqladeşin baş naziri Şeyx Hasina Böyük Britaniyadan sığınacaq istəyib.

Yenisabah.az The Hindu-ya istinadla xəbər verir ki, Hasinanı artıq Britaniya vətəndaşlığına sahib olan bacısı Rehana müşayiət edir.

Hindistan hakimiyyəti uçuş zamanı Hasinanın təhlükəsizliyini təmin etməyə hazırdır. Pepperoni pizza

Banqladeş ordusunun komandanı general Vaqirüz-zaman baş nazirin ölkəni tərk etdiyini təsdiqləyib. Bundan əvvəl Şeyx Hasina hökumət başçısı vəzifəsindən istefa verib.

Banqladeşdə etirazlar iyul ayında universitet şəhərciklərindən birində başlayıb. Səbəb 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30%-nin kvotalarının geri qaytarılması olub. Bu təcrübə 2018-ci ildə ləğv edilib, lakin 2024-cü ilin iyununda məhkəmə qərarı ilə geri qaytarılıb. Tələbələr ölkədə yüksək işsizlik fonunda bunu ayrı-seçkilik hesab ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!