Biz Ermənistana ərazi iddiası etmirik.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib: "Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi olub. Qarabağ münaqişəsinin yaranması sovet dövrünə gedib çıxır. Həmin dövrdə Dağlıq Qarabağ adlanan ərazidə separatçı qüvvələrin həyata keçirdiyi siyasət nəticəsində bizim tarixi torpaqlarımızda adlarının dəyişdirilməsinin şahidi olduq. Tarixi adı Xankəndi olan şəhərin adı dəyişdirilib Stepanakert edildi və bu da onu göstərir ki, torpaqlarımızda işğal prosesinin əsası həmin dövrdən qoyulub. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizin əsas hədəflərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunması oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında 3 il bundan qabaq 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldik. Bu ilin sentyabrında isə antiterror tədbirləri keçirərək suverenliyimizi tam şəkildə bərpa etdik”. Toyuqlu pizza
F. Şəfiyev bildirib: “Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh çağırışları etdi, lakin erməni separatçılarının işğalçı siyasəti bizə torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib çıxardı. Hazırda postmünaqişə dövründə biz regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atırıq. Ermənistanla sülh sazişinin bağlanması üçün şərtlər irəli sürülüb.
Tarixə nəzər salanda görürük ki, regionda etnik təmizləmə siyasəti həyata keçirən bir ölkə var. Bu ölkə Ermənistandır. Azərbaycanlıların öz qədim torpaqlarından köçürülməsini nəzərdə tuturam. Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtması ilə bağlı məsələlər müzakirə olunur. Belə olan halda ermənilər niyə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər sülhə nail olmaqdan söhbət gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin edilməlidir”.
Telegram kanalımız