Fərid Şəfiyev: “İrəvanın təklifləri qəbuledilməzdir”

saytların hazırlanması

Evə çatdırılma

Fərid Şəfiyev: “İrəvanın təklifləri qəbuledilməzdir”

Siyasət

29 Yanvar 2024 12:43 497


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflərin qəbuledilməz olduğunu bildirib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, o, işğalçı ölkənin 30 il ərzində işğala məruz qalmış bir ölkəyə - Azərbaycana tərk-silah haqqında təklif göndərməsi absurd adlandırıb:

“Ermənistan özü tərksilah olunmalıdır. Təəssüf ki, hazırda Qərbin ikili standartlarını görürük. Təcavüz törətmiş ölkəyə hər cür dəstək göstərilir. Ona görə də bütün bu təkliflər qəbulolunmazdır və piardan başqa bir şey deyil”. pizza hut

Qeyd edək ki, Ermənistan yanvarın əvvəlində Azərbaycana sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərib. Ermənistanın baş naziri Nikol Paşinyan təkliflərin təfərrüatı ilə bağlı açıqlamasında bildirib ki, rəsmi İrəvan silahlara qarşılıqlı nəzarət mexanizminin qurulmasını və sülh müqaviləsinin imzalanması gecikəcəyi təqdirdə, Bakıya hücum etməmək haqqında pakt imzalamağı təklif edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın göndərdiyi təkliflər paketini əldə etdiklərini və növbəti həftələrdə cavab təqdim edəcəklərini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!