FETÖ-çuların aktivləri donduruldu - Ankardan sərt qərar

saytların hazırlanması

Evə çatdırılma

FETÖ-çuların aktivləri donduruldu - Ankardan sərt qərar

Dünya

24 Dekabr 2021 17:18 835


Türkiyə hakimiyyəti terrorizmi maliyyələşdirmək ittihamı ilə ümumən 770 nəfərin və ABŞ fondunun aktivlərini dondurub.

Yenisabah.az xəbər verir ki, bu barədə qərar "Resmi gazete"də elan olunub.

Qəzetdə dərc olunan qərara əsasən, Çikaqoda yerləşən Niaqara Fondunun aktivləri Türkiyənin 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham etdiyi ABŞ-da yaşayan vaiz Fətullah Gülənlə əlaqələrə görə dondurulub. Gülənlə əlaqələrə görə 400-dən çox adamın əmlakı dondurulub. pizza sifarişi

Bu addım onların “terrorçuluğun maliyyələşdirilməsi” və “pul vəsaitlərinin verilməsi və toplanması qadağan edilən hərəkətlər” maddələri ilə nəzərdə tutulan əməlləri törətmələri ilə bağlı “ağıllı əsaslarla” atılıb.

Qərara əsasən, PKK və İŞİD yaraqlıları ilə əlaqədə ittiham olunan 200-dən çox adamın əmlakı da dondurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!