Fəzail Ağamalı, qızı, 2 oğlu və 3 nəvəsinə qarşı iddia geri götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı, qızı, 2 oğlu və 3 nəvəsinə qarşı iddia geri götürüldü

Sosial

26 Dekabr 2024 16:54 517


Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları - deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

İddiaçı tərəf - "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb. Pepperoni pizza

"Aqrarkredit" QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıb.

Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!