Fəzail Ağamalı YAP-ın qurultayından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı YAP-ın qurultayından danışdı

Siyasət

02 Mart 2021 15:52 807


YAP-ın növbədənkənar qurultayının hansı səbəbdən keçiriləcəyi ilə bağlı soxsaylı ehtimallar var. Bəzi müşahidəçilər hesab edirlər ki, YAP Ramiz Mehdiyevin partiyadakı adamlarından qurtulmaq istəyir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öz fikirlərini heç vaxt ehtimallar üzərində qurmadığını qeyd edib:

“Həmişə konkret faktlar və arqumentlərə söykənərək fikirlərimi ifadə etmişəm. Bu baxımdan bu ehtimallar haqqında fikir bildirməyəcəyəm. Lakin Yeni Azərbaycan Partiyası qurultaya hazırlaşırsa, bu onun müstəsna səlahiyyətidir. Qurultay keçirmək hər bir siyasi partiyanın hüququdur. Bu baxımdan onlara uğurlar arzu edirəm, siyasi fəaliyyətlərində yeni-yeni nailiyyətlər diləyirəm”. pizza hut

Qeyd edək ki, Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı martın 5-də keçiriləcək. YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!