FHN Masallıdakı yanğınla bağlı açıqlama yaydı 

saytların hazırlanması

Evə çatdırılma

FHN Masallıdakı yanğınla bağlı açıqlama yaydı 

Hadisə

27 Avqust 2022 11:04 980


Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, bəzi ərazilərdə yanğın lokallaşdırılıb. pizza sifarişi

Hazırda yanğınsöndürmə işləri aparılır.

Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!