FHN: Son 1 ayda köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib

saytların hazırlanması

Evə çatdırılma

FHN: Son 1 ayda köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib

Sosial

02 Noyabr 2024 10:59 412


Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, son bir ay ərzində nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. pizza

"Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır",- deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!