Sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fiko ölümlə həyata arasındadır və bu, təkcə ölkəsi üçün deyil, Macarıstan üçün də ağır itkidir.
Yenisabah.az xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O xatırladıb ki, slovakiyalı vəzifədaşı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla həmfikirdir: Dominos pizza
“Biz Slovakiyanın baş naziri üçün dua edirik, onun üçün narahatıq və təbii ki, onun sağalmasını və mümkün qədər tez işə qayıtmasını arzulayırıq. İndi Robert Fiko həyatı uğrunda mübarizə aparır, o, ölümlə həyat arasındadır”.
Telegram kanalımız