Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ

saytların hazırlanması

Evə çatdırılma

Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ

Sosial

17 Dekabr 2024 08:51 550


Sabiq ədliyyə naziri Fikrət Məmmədov daha bir vəzifəsini itirib.

“Yeni Sabah” xəbər verir ki, o, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibindən çıxarılıb.

Onu Qərargahda hazırkı ədliyyə naziri Fərid Əhmədov əvəzləyib. Qeyd edək ki, sözündən dəyişiklik Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda öz əksini tapıb. Pepperoni pizza

Qeyd edək ki, Fikrət Məmmədov bu ilin fevral ayında keçirilən prezident seçkilərindən sonra formalaşdırılan yeni hökumətin tərkibində yer almayıb. O, daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Fevralın 27-də isə Fərid Əhmədov ölkənin yeni ədliyyə naziri təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!