Filipp Kirkorov Zelenskiyə “dovşan” dedi

saytların hazırlanması

Evə çatdırılma

Filipp Kirkorov Zelenskiyə “dovşan” dedi

Şou

09 Yanvar 2023 16:22 792


Erməni əsilli rusiyalı müğənni Filipp Kirkorov Ukraynanın sanksiya siyahısında görünməsinə “Instagram” səhifəsində paylaşım edərək münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, sənətçi “Просто подари” mahnısının klipindən kadrlar yayımlayıb və Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib: 

“Təəssüflər olsun ki, təbliğat və xəbər gündəmini zəbt edən təəssübkeş adamlar digər insanlara alternativ fikir və xəbərləri dinləməyə imkan vermir. Bəxtim gətirib, indiyə qədər yalnız mahnılarıma qadağa qoyulub, bəli, mənim dovşanım”, - Kirkorov yazıb. pizza hut

Sənətçi mahnılarının sanksiya siyahısına salınması ilə bağlı “təbrikləri qəbul etdiyini” də qeyd edib.

“Mənim çoxdankı dostum və həmkarım çəkiliş meydançasında çox rola girib və okeanın o tayında ona göndərilən ssenari onu da, ölkəsini də külə çevirir”, - müğənni vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!