Latın Amerikasının məşhur narkotik kartellərindən birinə rəhbərlik edən “Cute Chubby” ləqəbli Sezar Ortis saxlandığı həbsxanadan qaçıb.
Yenisabah.az xəbər verir ki, Paraqvayda narkotik qruplaşması liderinin qadın paltarı geyinərək həbsxanadan qaçdığı anlar yayımlandıqdan sonra gündəm olub.
Səlahiyyətlilər bir qadının Ortislə həbsxanada görüşdüyünü bildirib. Ehtimala görə, lazımi libası da narkobarona o ötürüb. Sezar pizza
Sezar Ortisin ətək və kofta ilə yanaşı, dırnaqlarına ağ boya çəkdiyi, saxta kirpiklər, parik taxdığı və üzünə makiyaj etdiyi də görüntülənib.
Səlahiyyətlilər təsdiqləyiblər ki, Ortis gözətçi həbsxana qapısını açana qədər bir neçə nəzarət-buraxılış məntəqəsindən keçib və onları inandıraraq qapıdan çölə keçməyi bacarıb.
Qadın qiyafəsində həbsxanadan qaçmağı bacaran narkobaron həbsxanadan bir neçə küçə aralıda yaxalanıb. Polis Ortisin qaçmasına kömək etdiyi iddia edilən daha 3 nəfəri həbs edib.
Ortis tutulduqdan sonra Asunsiondan 32 mil məsafədə yerləşən “Emboscada” həbsxanasına aparılıb.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız